Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bahalı müharibə Rusiyanı belə çökdürəcək – sensasion iddia

By Vüsal Rafiqoğlu
03.07.2025 4 Min Read

SSRİ-ni çökdürmək taktikası indi Rusiyaya tətbiq edilir, Kreml hakimiyyəti Brejnev yolu gedir

Polşanın xarici işlər naziri Radoslav Sikorski bu günlərdə diqqətçəkən fikir söyləyib. O, Putinin sovet lideri Leonid Brejnevin getdiyi eyni yolda olduğunu söyləyib. Nazir xatırladıb ki, Putin vaxtilə Sovet İttifaqının orduya həddən artıq çox pul xərclədiyi üçün dağıldığını deyib, amma indi onun özü eyni şeyi edir.

Sikorskinin sözlərinə görə, Kreml Ukraynaya qarşı çox bahalı müharibə aparır, eyni zamanda bütün Qərbi təhdid edir və bununla da onu müdafiə xərclərini artırmağa məcbur edir: “Putin başa düşməlidir ki, onun hərəkətləri Qərb ölkələrini hərbi büdcələrini artırmağa məcbur edib. NATO-nun Haaqa sammitindən sonra ölkələr 2035-ci ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulun 5%-nə çatdırmaq və bu məbləğin 3,5%-ni kritik müdafiə ehtiyaclarına yönəltmək barədə razılığa gəliblər”.

Başqa sözlə, qeyri-bərabər sürətlə silahlanma yarışının doğuracağı geosiyasi kollaps bu dəfə kabus kimi Rusiyanın üzərində dolaşmaqdadır. Yəni yeni silahlanma yarışı Sovet İttifaqının dağılmasına səbəb olduğu kimi, Putin rejiminin də iflasına səbəb ola bilər.

Polyak nazir haqlıdırmı?

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, SSRİ-də ordunun say tərkibi 4 milyona yaxın olub: “Bu qədər böyük ordunu saxlamaq böyük maliyyə tələb edirdi. Ordunun həm maddi təminatı, həm silahla, texnika ilə təminatı üçün çox böyük məbləğdə vəsaitlər sərf edilirdi. Brejnev dövründə ölkənin gəlirlərinin əhəmiyyətli hissəsinin orduya, silahlanmaya yönəldildiyi və nəticədə ölkədə sosial-iqtisadi çətinliklərin artdığı, bununla da SSRİ-nin sosial dayaqlarının sarsılmağa başladığı barədə deyilənlər həqiqəti əks etdirir. İndi isə SSRİ-nin varisi kimi çıxış edən Rusiya Federasiyasının rəsmi 1 milyon 200 min nəfər şəxsi heyətə malik ordusu var. Lakin müharibə başlayandan bəri bu sayın daha da artırıldığı güman edilir. Təkcə bu qədər hərbi qulluqçunun saxlanmasına çox böyük həcmdə maliyyə lazımdır. Leonid Brejnevin zamanında bütün sovet respublikaları öz büdcələrindən ordunun saxlanması üçün vəsait ayırırdı. Sovet İttifaqı Varşava blokunun da əsas maliyyəçisi idi. SSRİ həmçinin Almaniya Demokratik Respublikasında, Polşada, Macarıstanda, Bolqarıstanda, Çexoslavakiyada, Əfqanıstanda qoşunlar saxlayırdı. Bu qoşunların təminatı, onlar üçün müxtəlif növ silahların istehsalı, NATO ilə ayaqlaşmaq cəhdləri SSRİ-nin dövlət büdcəsini, demək olar ki, sorurdu. Buna görə də dükan-bazarlarda qıtlıq hökm sürürdü, əhali çətinlik çəkirdi. İndi isə Rusiya ordusunun saxlanması, silahla təminatı üçün SSRİ kimi nəhəng dövlətin büdcəsi deyil, Rusiyanın özünün büdcəsi sərf olunur. Bir tərəfdən korrupsiya, o biri tərəfdən də Rusiyanın Ukrayna ilə müharibə aparması ordunun xərclərini dəfələrlə artırıb. Ona görə də silahlanma, müharibə Rusiyanın büdcəsini tükədir”.

Xüsusi əməliyyat”dan müharibəyə... - TƏHLİL - Oxu.az

Ekspert dedi ki, ABŞ və NATO SSRİ-ni mənasız silahlanmaya, hər şeyi ordunun böyüdülməsinə cəlb etməklə Sovet ittifaqının çöküşünə nail oldu: “İndi də eyni taktikanı Rusiyaya qarşı istifadə edirlər. Maraqlıdır ki, Rusiya rəhbərliyi də Brejnev kimi bu tələyə gözü görə-görə düşüb və çıxmaq istiqamətində sanki düşünmür. Əksinə, Rusiya hərbi sənayesini inkişaf etdirmək istiqamətində addımlar atır, hərbi büdcəsini daha da artırır. Beləliklə, gerçəkdən də eynilə Brejnevin yolu ilə gedrlər. Rusiyanın hərbi sənayesinin bərpasına və müasir tələbatlara cavab verən silahlar istehsal etməsinə çox böyük sərmayə lazımdır. Deməli, ölkənin büdcəsi daha da çox bu işə yönədliləcək ki, bu da xalqın iqtisadi, sosial vəziyyətinə get-gedə daha ciddi mənfi təsirlərini göstərəcək. Müharibə və silahlanma SSRİ-ni çökdürdüyü kimi Rusiyanı da tədricən çökdürəcək”.

Polkovnik qeyd etdi ki, Rusiyanın daxildən dağılmasına rəvac verəcək başqa bir ciddi problemi də var: “O da maraqlıdır ki, bu problemi Rusiya hökuməti özü get-gedə dərinləşdirir. Ölkənin daxilində bütün milli azlıqlara qarşı repressiyanın get-gedə kəskinləşdirilməsi ciddi daxili sosial gərginlikləri körükləyir. Təzyiqlər bir tərəfdən də iş adamlarını narazı salır, iqtisadiyyata mənfi təsir göstərir. Bu gedişat xalqların Rusiyadan qurtulmaq fikrinə düşməsi və bunun üçün hərəkətlənmələrinə gətirib çıxara bilər. SSRİ-nin daxilində xalqların, respublikaların ayağa qalxıb müstəqillik tələbini irəli sürməsini və son nəticənin necə olduğunu yada salın.

Tatarıstanda bir ildir tatar məktəblərini Moskvanın qərarı ilə bağlayıblar. Məktəblərdə həftədə iki dəfə cəmi 4 saat tatar dilində dərs keçilməsinə icazə verilir. Bu cür addımlar tatarlarda böyük bir narazılıq yaradır. Eyni siyasəti digər millətlərə də tətbiq edirlər. Bu da milli azlıqların narazılıqlarını artırır. Daxili narazılıqlar həm də bu şəkildə dərinləşir. Bu daxili narazılıqlar günün birində Rusiyanın içində sosial partlayış kimi meydana çıxa bilər. Ukraynaya qarşı müharibəyə daha çox qeyri-rus millətlərin kütləvi göndərilməsi də narazılıqları artırır. Beləliklə, büdcənin silahlanmaya, müharibəyə yönəldilməsi Rusiyanı get-gedə müflis edəcək, daxildə millətlərin sıxışdırılması isə mərkəzdənqaçma prosesini qaçılmaz edəcək. Bu isə Rusiya Federasiyasının sonunu gətirib çıxara bilər”.

R.Məhərrəmov hesab edir ki, Rusiya hakimiyyəti öz xalqını, mənasız silahlanmanı, ordunun təminatını öz ölkəsinin gücü ilə saxlaya bilməyəcəyini düşünür: “Ona görə də ənənəvi imperiya siyasətinə əl atmağa, başqa dövlətlərin, xüsusən də keçmiş SSRİ respublikalarının hesabına xalqı və ordunu təmin etməyə həvəslənib. Rusiya hakimiyyəti öz yeraltı, yerüstü resurslarını çox təəssüf ki, öz dövlətlərinin, xalqının, ordusunun daha yaxşı vəziyyətdə olması üçün düzgün formada istifadə etmir, ya da edə bilmir. Bu qədər resursu olan ölkənin gözü əslində onda-bunda qalmamalıdır. Bu qədər resursları olan ölkənin xalqı dünyada ən yaxşı yaşayışla təmin olunmuş xalq olmalıdır. Ancaq Rusiyanın xislətindəki imperiya maraqları, başqalarının hesabına yaşamaq ənənəvi yanaşması buna imkan vermir. Ona görə də Rusiya gün-gündən müflis duruma düşür. Bu vəziyyətin günahkarı ölkənin siyasi, hərbi rəhbərliyidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı: Pilot öldü, qadın sərnişin xilas edildi

Next

Xəbərdarlıq: “Əgər bu əlamətlər sizdə varsa, dərhal həkimə gedin, əks halda…”

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv