Bakıda Britaniya vətəndaşını meymun dişlədi – Xəstəxanalıq oldu
Bakıda xarici turisti meymun dişləyib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün Səbail rayonunda baş verib. Böyük Britaniya vətəndaşı olan 1960-cı il təvəllüdlü Donovan Debra Jayneni meymun dişləyib. Sol qolundan xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Mərkəzdən verilən məlumata görə, turistə ilkin tibbi yardım göstərilib və quduzluğa qarşı iynə vurulub. Həkimlərin yardımından sonra D.Donovan öz istəyi ilə ambulator müalicəyə yola salınıb.

