Diabet xəstələri qidalanmaya xüsusi diqqət yetirməlidirlər
Diabet xəstələrinin qidalanmasında diqqət edilməsi vacib olan əsas məqam qan şəkərini sabit saxlamaq və kəskin dəyişikliklərin qarşısını almaqdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə sadə karbohidratlardan uzaq durmaq, liflə zəngin qidalara üstünlük vermək lazımdır.
Şəkər xəstələri qidalanma zamanı bir sıra şərtlərə əməl etməlidirlər:
– Karbohidrat qəbulunu nəzarətdə saxlamaq;
– Doymuş yağ qəbulunu azaltmaq;
– Şirin içkilərdən uzaq durmaq;
– Duz istehlakını 2300 mg-a salmaq;
– Spirtli içkilər istehlak etməmək.
Unutmayın: Şəkər xəstələri fiziki aktivliklə məşğul olmalı, vaxtında və balanslı şəkildə qidalanmalıdırlar.
Mövzu ilə bağlı hazırlanan videoçarxla linkdə tanış ola bilərsiniz.