Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Mərkəzi Bankın bir qrup əməkdaşı təltif olunub.
ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 28-də “Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşlarının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, üç nəfər 2-ci dərəcəli “Əmək” ordeni, iki nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 18 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.azərtac
