Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Tramp dəhlizi” üçün təhlükə

By Vüsal Rafiqoğlu
27.08.2025 4 Min Read

ABŞ Ermənistanda seçkilərin nəticələri elan olunmamış öz şirkətini Zəngəzura göndərməyə bilər – Rusiya və İranın həmlə hazırlığı…  

“Hesab edirəm ki, amerikalılar Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyəcəklər. TRIPP-in (Zəngəzur dəhlizi – red.) həyata keçirilməsi üçün real addımlar yalnız seçkilərdən sonra və yalnız hakim partiya qalib gələrsə, atılacaq. Yəni vəziyyəti öz xeyrinə dəyişmək üçün Rusiyanın 8-9 ay vaxtı var”. 

Bunu Ermənistan APRI analitik mərkəzinin rəhbəri Benjamin Poqosyan erməni mediasına müsahibəsində deyib. Bildirib ki, həm Tehran, həm Moskva hələ gözləyir: “Vaşinqtonda yalnız niyyət memorandumu və bəyannamə imzalanıb. Hələlik real addımlar atılmayıb. Sünikdə amerikalılar peyda olmayıb, amerikan-erməni şirkəti isə hələlik qeydiyyatdan keçməyib. Düşünürəm ki, İran Sünikdə hansı amerikalıların və hansı məqsədlərlə peyda olacağını anlamaq üçün gözləyəcək. Rusiyaya gəlincə, strateji baxımdan Moskva üçün Cənubi Qafqaz ABŞ-dən qat-qat vacibdir. Rusiya üçün bura keçmiş Sovet İttifaqının ərazisidir və burada həmişə öz maraqlarını bəyan edir. Buna görə də uzunmüddətli perspektivdə ruslar çətin ki, Ermənistanda 99 il ərzində qeyri-müəyyən səlahiyyətlərə malik Amerika şirkətinin peyda olmasından məmnun olsunlar. Ancaq hələlik TRIPP, sadəcə, Vaşinqtonda imzalanmış bəyannamədir. Deməli, hələ heç nə baş vermir və hesab edirəm ki, Rusiya da gözləyir. Rusiya hələlik bu istiqamətdə ciddi səy göstərməyin lazımsız olduğunu anlayır. Ortada yalnızca niyyət memorandumu da var, deməli, yeni hökumət yaranarsa, Vaşinqton bəyannaməsinin onun üçün heç bir hüquqi qüvvəyə malik olmadığını bəyan edə bilər”.

Yeri gəlmişkən, ötən həftə Zəngəzur dəhlizinin bir hissəsi olacaq Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməl qoyulub. “224 kilometrlik xətt bizim sərhədlərimizə düşür. Naxçıvan sərhədində 170 kilometrlik bir xətt var: 150 kilometri hazırdır, bərpa olunacaq, 20 kilometri də tikiləcək, bunu Azərbaycan edəcək. Bizim tərəflə eyni vaxtda tamamlanacaq. Eyni zamanda Zəngəzurda – Ermənistanda 43 kilometrlik bir xətt çəkiləcək”, – deyə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu deyib. Türkiyəli nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin 2029-cu ilin sonunadək istismara verilməsi planlaşdırılır. “Zəngəzur dəhlizi sülh layihəsidir. Bunun həyata keçirilməsi ilə Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni bir ölçü alacaq”. Bunu avqustun 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan artıq təməli atılan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin Zəngəzur dəhlizinin onurğa sütunu olacağını vurğulayıb.

Beləliklə, təhlillər göstərir ki, Paşinyan hökuməti və ABŞ tələsməsə, “Tramp dəhlizi” gerçəkliyə çevrilməyə bilər. Bunun üçün addımlar sürətləndirilməlidir.

Bəs ekspertlərin qənaəti nədən ibarətdir? Paşinyan gələnilki seçkilərdə məğlub olarsa, “Tramp yolu” açılmaya bilərmi? Moskva və Tehranın Zəngəzurla bağlı son açıqlamaları qaneedici deyilmi?

Azad Məsiyev 

Siyasi ekspert Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində açılması üçün üçtərəfli razılaşma var: “Bu maddənin icra edilməməsi üçün Paşinyana təzyiq oldu və Qərbin təlimatını yerinə yetirdi. Hazırda Paşinyan Ermənistanda Rusiyanın nüfuzunun azalması üçün siyasəti davam etdirir. Ancaq bizə fərq etmir ki, dəhlizə kim nəzarət edəcək. Əsas məsələ maneəsiz gediş-gəlsin olmasıdır”.

A.Məsiyev dedi ki, sadəcə, Cənubi Qafqazda böyük güclərin maraqları toqquşur: “Əgər ABŞ Ukraynada geri çəkilərsə, Rusiya Cənubi Qafqazda Vaşinqtona güzəştə gedəcək. Yəni bağlı qapılar arxasında bir anlaşma olacağı istisna deyil. Ukrayna cəbhəsində vəziyyət ağırlaşacaqsa, o zaman bizim regionda da gərginlik artacaq, dəhlizlə bağlı tərəflər üz-üzə gələcəklər”.

A.Məsiyev qeyd etdi ki, Ermənistanda 2026-cı ildə gərgin seçkilər olacaq: “Bu seçki ölkənin taleyinin hansı qütbün təsiri altında olacağı uğrunda rəqabətlə keçəcək. Birləşmiş Ştatlar bölgədə təsirinin güclənməsi üçün bir logistika şirkəti vasitəsilə yerləşməyə çalışır. Ermənistan da buna 8 avqust anlaşmasında razılıq verib. Bu da Rusiya və İranın maraqlarına ziddir. Üstəlik, Moskva 10 noyabr sənədinə istinad edir. Ona görə də böyük güclərin maraqları uzlaşmasa, hansısa kompromis olmasa, Ukrayna ilə bağlı razılaşmalar əldə edilməsə, Cənubi Qafqazda vəziyyət gərginləşə bilər. Çünki bizim region dünyanın bir parçasıdır və geosiyasi mübarizədə baş verənlərin bölgəmizə təsiri qaçımazdır. Ona görə də qarşıda ciddi və strateji bir rəqabətin olacağı şübhə doğurmur. Bir daha qeyd etməliyəm ki, ABŞ-Rusiya danışıqları, Ukrayna ilə bağlı razılaşmalar Zəngəzur dəhlizinə nəzarət faktorunda ciddi rol oynayacaq. Azərbaycan gərginlikdə maraqlı deyil və regionda iqtisadi dirçəlişin tərəfdarıyıq. Biz Naxçıvana quru yol istəyirik. Bu öhdəliyi Ermənistan götürüb. İrəvan indi borcludur ki, dəhlizi açsın. Sadəcə, məsələnin uzanması mümkündür. Xüsusən də seçkilərə görə yubana bilər”.

Qeyd edək ki, Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq. Prezident Donald Tramp bildirib ki, yol 99 illiyinə icarəyə veriləcək, amma sonradan daha 99 il uzadılacaq. İkinci Qarabağ müharibəsi bitəndən bəri Azərbaycanla Ermənistan bu nəqliyyat yolu ilə bağlı heç cür ortaq məxrəcə gələ bilmirdi. Xüsusilə Rusiya 10 noyabr bəyanatına istinad edərək bu dəhlizə iddiasını hər fürsətdə ortaya qoyub. İranın mühafizəkar hakimiyyət qolu “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” sayıb.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) “Tramp marşrutu” layihəsinin detallarını öyrənmək niyyətindədir. Avqustun 13-də keçirilən brifinqdə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev belə deyib.

“Tramp marşrutu”na gəlincə, biz öz mövqeyimizi sonraya saxlamışıq. Rusiya XİN layihənin təfərrüatlarını öyrənəcək, yeri gəlmişkən, bu detallar hələ açıqlanmayıb. Bu halda Cənubi Qafqaza regiondankənar qüvvələrin cəlb edilməsi sülh gündəliyinin irəliləməsinə kömək etməli, yeni problemlər və yeni ayırıcı xətlər yaratmamalıdır”, – o qeyd edib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Türkiyə Bakıya yeni hərbi müşavir göndərə bilər

Next

Əsgərliklə bağlı yeni müzakirələr – DƏYİŞİKLİK EDİLƏ BİLƏR

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv