Hadisə 

Bakıda mağaza satıcısı müştərini döydü

Bakının Binəqədi rayonunda bir nəfər döyülərək xəsarət alıb.

ARANTV.AZ APA-ya istiandən xəbər verir ki, hadisə Axundov küçəsində yerləşən ərzaq mağazasında baş verib.

Mağazada müştəri olan 1974-cü il təvəllüdlü Elşən Qocayev satıcı tərəfindən döyülüb. Nəticədə E.Qocayev kəllə-beyin travması alıb və burnunun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisınin təfərrüatlarını araşdırır.

Daha çox xəbərlər