Bakıda kişi və qadından dəhşətli əməl – Təfərrüat
Bakının Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.
ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Abşeron rayon sakini N.Musazadə paytaxtın Nərimanov rayonunda döyülüb. Onu döyən şəxslər mobil telefonunu əlindən alıblar.
Zərərçəkmiş hadisə ilə bağlı 16-cı polis bölməsinə şikayət edib. O, bildirib ki, rayon ərazisində iki nəfər tərəfindən döyülüb və qarət olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Rzayev və A.Eyyubova saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.

