Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakı ilə Moskva arasında “buzlar əriyir”? – dekabra qədər…

By Vüsal Rafiqoğlu
09.10.2025 3 Min Read

Əliyevlə Putin Düşənbədə görüşə bilər

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığını vacib adlandırıb. “Həqiqətən telefon zəngi olub. Bu, vacibdir. Prezident Əliyev Prezident Putini ad günü münasibətilə təbrik edib. Hələlik bu günə bunu deyə bilərəm”, – Peskov qeyd edib.

Sabiq nazir Fikrət Yusifov TV Musavat-a diqqətçəkən şərh verib. Professorun fikrincə, bu zəng iki ölkə arasında son aylarda müşahidə olunan “soyuq müharibə” ab-havasının yumşalmasına təkan verə bilər: “Münasibətlərin normallaşması istiqamətində ilk addımı əslində Vladimir Putin atıb.

O, Çində keçirilən görüşlər zamanı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, vitse-prezident Mehriban Əliyeva ilə təmas qurdu. Həmin görüşün özü, eləcə də Putinin ona verdiyi müsbət qiymət bu prosesin başlanğıc nöqtəsi oldu. İlham Əliyevin dünənki zəngi həmin jestə cavab xarakteri daşıyır”.

Ekspertin proqnozuna görə, iki ölkə münasibətlərində dekabrın 25-dək, yəni Azərbaycan mülki təyyarəsinin Rusiya ərazisində vurulmasının ildönümünə qədər daha nəzərəçarpacaq yumşalma müşahidə oluna bilər.

İki ölkə arasında buzların əriməyə başladığını demək olarmı? Prezident Tacikistanda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edə bilərmi? Bu zəngdən sonra vurulan təyyarəmizlə bağlı Rusiya hansı addımı atacaq?

Abutalıb Səmədov: "Rusiya Azərbaycana qarşı iqtisadi təzyiq göstərir"

Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin Rusiya Prezidentini doğum günü münasibətilə zəng edib təbrik etməsi və bunun Rusiya tərəfindən ciddi vacib hadisə kimi qiymətləndirilməsi Rusiya-Azərbaycan münasibətlərində gərginliyin azalmasına şərait yarada bilər: “Ancaq bunun üçün Rusiya müəyyən addımlar atmalıdır. MDB ölkələri başçılarının Düşənbədə keçiriləcək sammitində Azərbaycan Prezidenti İlham Əliyev çox güman ki, iştirak edəcək. Çünki Rusiya Prezidentinin köməkçisi Uşakov Putinlə İlham Əliyevin Düşənbədə görüşmək ehtimalının olduğunu deyib. Həmin görüşdən, Putinin səsləndirəcəyi bəyanatlardan çox şey asılı olacaq. Rusiya rəhbərinin düşünmək üçün kifayət qədər vaxtı oldu. Münasibətlərimizin əvvəlki səviyyəyə qayıtması üçün hansı addımların atılmalı olduğunu da Azərbaycan Prezidenti dəfələrlə deyib. Mülki təyyarəmizin vurulmasına görə üzr istənilməlidir, təzminat ödənilməlidir və günahkarlar cəzalandırılmalıdır. Düşənbə sammitindən sonra məlumdur ki, ilin sonunda təyyarənin vurulması ilə bağlı yekun rəy təqdim olunacaq və bu, Rusiyaya imkan verir ki, həmin o yekun rəy əsasında zəruri addımları atsın. Bundan sonra mən hesab edirəm ki, Azərbaycanla Rusiya arasında münasibətlərin yaxşılaşması ehtimalı ola bilər”.

Ekspertin sözlərinə görə, son hadisələr bir məsələni də aydın şəkildə göstərdi: “Rusiyanın keçmiş ittifaq respublikalarına münasibəti, onlara yuxarıdan aşağı baxması, onların atdığı ən kiçik müstəqil addımı da narazılıqla qarşılaması və bugünkü müstəqil dövlətlər barədə son dərəcə məsuliyyətsiz bəyanatların səsləndirilməsi göstərir ki, Rusiya-Azərbaycan münasibətləri gələcəkdə də bu cür böhranlar yaşaya bilər. Əgər bir ölkənin prezidenti öz missiyasının keçmiş “Rusiya torpaqlarını” toplamaqdan ibarət olduğunu deyirsə və SSRİ tərkibində olmuş respublikaları nəzərdə tutursa bu gün müstəqil olan həmin respublikaların Rusiyaya münasibəti necə ola bilər, belə bir qonşuya güvənmək olarmı. Ukraynada baş verən hadisələrdən sonra Rusiyanı normal qonşu saymaq mümkünmü. Qazaxıstana göstərilən münasibət, taciklərin, özbəklərin ünvanına səslənən bəyanatlar hamımızı narahat edir. Bu ilk növbədə Rusiyanı narahat eləməlidir. Rusiya-Ukrayna müharibəsi də göstərdi ki, Rusiya-Ukraynadan fərqli olaraq meydanda tək qaldı. Ukraynanı 50-dən artıq dövlət dəstəklədi. Amma Rusiyanın yanında heç kim olmadı. Hətta Belarus da Şimali Koreyanın, İranın göstərdiyi səviyyədə Rusiyaya yardım göstərmədi. Rusiya bundan nəticə çıxarmalıdır. Rusiya dəyişməlidir. Rusiya dövlətlərin müstəqilliyini, onların müstəqil siyasət yeritmək hüququnu tanımalıdır, anlamalıdır və normal qonşu olmağı bacarmalıdır. Əks halda, Rusiya ilə qonşular arasında böhranlar bundan sonra da olacaq və qonşular ilk növbədə özlərini Rusiyadan necə qorumaq barədə düşünəcəklər”.

Azad Məsiyev: “Azərbaycanın xarici siyasətində əsas prinsip neytrallıqdır”

Azad Məsiyev

Politoloq Azad Məsiyev bildirdi ki, Azərbaycan Prezidentinin Rusiya Prezidentinə doğum günündə zəng edib təbrik eləməsi gözlənilən idi: “Bu zəng bir daha göstərdi ki, Vladimir Putinlə İlham Əliyevin şəxsi münasibətlərinin qırılmasını istəyən, buna çalışan qüvvələr istəklərinə nail ola bilməyiblər və nail ola bilməyəcəklər. Dmitri Peskovun İlham Əliyevin zəngini vacib zəng adlandırması Azərbaycan liderinə yüksək münasibətin göstəricisidir. Mən indiyə qədər bir neçə də dəfə bəyan etmişdim ki, Rusiyada müəyyən dairələr Azərbaycanla Rusiya arasında münasibətlərin düşmənçilik həddinə çatmasında maraqlıdırlar və buna çalışırlar. Həmin qüvvələrin əslində Vladimir Putinə və Rusiya maraqlarına da qarşı olduğunu da əminliklə söyləmək olar. Putinin Azərbaycana, Prezident İlham Əliyevə münasibətini dəyişməyə çalışanlar istəklərinə nail ola bilməzlər. Yəqin ki, MDB dövlət başçılarının Düşənbə sammitində İlham Əliyevlə Vladimir Putin arasında görüş olacaq və dostluq münasibətləri üzərində danışıqlar keçiriləcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanın liderliyi sözdə deyil, real addımlarda özünü təsdiqləyir

Next

Xocavənddə Ermənistan istehsalı tələ minası AŞKARLANDI – FOTOLAR

Xəbər lenti

  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026
  • Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI 15.07.2026
  • “Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv