Gündəm 

Kəndlilərin mal-qarası hara yoxa çıxır? – DİN-dən AÇIQLAMA

Ağstafa rayonunun Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərində sakinlərin yuxusu qorxuya çevrilib.

Səbəb isə təsərrüfatlarına çağrılmayan qonağın mal-qaralarını oğurlamasıdır. Hadisə müşahidə kameralarına da düşüb.

Sakinlərin verdiyi məlumata görə, iki kənddə ümumilikdə 28 baş xırdasanlı, 20-dən çox at və 7 baş iri buynuzlu heyvan oğurlanıb.

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları zərərçəkənlərin təsərrüfatlarına baxış keçirib və faktla bağlı araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər