Gürcüstan Aİ-nin təzyiqlərinə etiraz olaraq Avronest fəaliyyətini dayandırdı
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkəsinin artıq Avronest Parlament Assambleyasının gələcək sessiyalarında iştirak etməyəcəyini açıqlayıb.
“Aydındır ki, Avropa Parlamenti Avronest platformasını qonşu ölkələrə siyasi şantaj və öz dar gündəmini zorla sırımaq alətinə çevirib. Belə düşmən və birtərəfli yanaşmalar fonunda Gürcüstan nümayəndə heyəti iştirakını dayandırır,” – deyə o bildirib.
Musavat.com-un məlumatına görə Papuaşvili əlavə edib ki, Tiflis yalnız Avropa Parlamenti konstruktiv dialoq üçün şərait yaradarsa Avronestə qayıdacaq.
Qeyd edək ki, Avronest daha əvvəl Gürcüstandakı “demokratiyadan geriləmə”, “seçki saxtalaşdırılması” və “antidemokratik qanunlar” barədə tənqidi qətnamə qəbul etmişdi.

