Cəmiyyət 

Gənc qadın ölümdən qayıtdı: həkimlərin fədakar səyi ilə həyat xilas olundu- FOTO, VİDEO 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında gənc qadının həyatı xilas edildi

 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında 37 yaşlı Ağsu rayon sakini Sevinc Əliyevada baş verən təkrari ürək dayanması halları həkimlərin vaxtında müdaxiləsi nəticəsində uğurla aradan qaldırılıb.

 

Cərrahi əməliyyatdan sonra vəziyyəti qəfil ağırlaşan pasiyentə dərhal “Mavi Kod” üzrə reanimasion tədbirlər görülüb, ürək fəaliyyəti iki dəfə bərpa olunub, sonradan inkişaf edən ventrikulyar taxikardiya defibrilyasiya ilə stabilləşdirilib.

 

Həkim Müslümova Jalə Aqil qızının rəhbərliyi altında aparılan intensiv müalicə nəticəsində pasiyentin vəziyyəti hazırda stabildir, həyati təhlükə aradan qalxıb. Altı uşaq anası olan pasiyentin yaxın günlərdə sağlam vəziyyətdə evə yazılması planlaşdırılır.

Daha çox xəbərlər