Bərdədə “Sənətdən yaddaşa köçən 20 Yanvar” adlı sərgi-kompozisiya təşkil olunub
19 yanvar 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Sənətdən yaddaşa köçən 20 Yanvar” adlı sərgi-kompozisiya təşkil edilib.
Tədbir əvvəlcə Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik ehtiram duruşu ilə yad edilməsi ilə başlayıb.
Sonra Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova, şairə Arzu Yaqubqızı, Zümürxan kənd mədəniyyət evinin metodisti Musa Muradlı və Mədəniyyət Mərkəzinin metodisti Mehriban Nabatova çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın tarixindəki əhəmiyyətindən, bu qanlı hadisənin milli azadlıq mübarizəmizdəki rolundan bəhs ediblər.
Tədbirdə məktəblilər tərəfindən 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib.
Sonda iştirakçılar faciəni əks etdirən rəsm və sənət nümunələrindən ibarət sərgi ilə tanış olublar.


