Cəmiyyət 

SON DƏQİQƏ! Hazır olun: Azərbaycanda DƏHŞƏTLİ ŞAXTA OLACAQ

“Azərbaycan ərazisinə Atlantik okeanından gələn və Azor maksimumu deyilən antisiklonlar adətən havanın isti dövründə yağış, soyuq dövründə isə qar şəklində yağıntı gətirir. Uzun müddət idi ki, Azərbaycan, İran, Türkiyə kimi ölkələrin ərazilərində bu yağıntılar gecikirdi. Hazırda isə soyuq hava kütlələri Türkiyə ərazisinə daxil olur”.

Bunu Musavat.com-a açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O bildirib ki, soyuq hava kütlələri bir neçə günə Türkiyə ərazisindən Azərbaycana doğru axın edəcək və yağıntı şəklində özünü büruzə verəcək:

“Bu, ölkəmizdə qarın yağmasına səbəb olacaq. Ona görə də soyuq və şaxtalı havaya hazır olmalıyıq. Azərbaycana 9 istiqamətdən hava kütləsi daxil olur. Ən çox yağıntını Qərbdən və Şimaldan gələn hava kütlələri gətirir. Qərbdən gələn hava kütlələri soyuq hava şəraitində qarın yaranmasına səbəb olur”.

ənvər.jpg (43 KB)

Ekoloq Fikrət Cəfərov isə deyib ki, bu günə kimi Azərbaycanda şaxta zəif müşahidə edilib.

Onun sözlərinə görə, bitkilər və canlı orqanizmlər üçün şaxtanın olması vacibdir:

“Allah etsin ki, 1 həftəlik soyuq havalar Azərbaycana daxil olsun və vəziyyəti yaxşılaşdırsın. Ola bilər ki, Türkiyə üzərindən gələn hava kütlələrinin Azərbaycana doğru hərəkəti zamanı gücü zəifləsin və şaxta olmasın, sadəcə mənfi temperatur yaratsın. Hava kütlələri axın etdikcə gücünü itirir”.

Qeyd edək ki, son meteoroloji proqnozlara əsasən, Türkiyə üzərindən regiona daxil olan sərt və arktik mənşəli soyuq hava kütlələri yaxın günlərdə Azərbaycana doğru hərəkət edəcək.
Hazırda Türkiyənin bir çox bölgəsində təsirli olan şaxtalı və qarlı hava dalğası tədricən şərq istiqamətində genişlənir və Cənubi Qafqaza çatmaq üzrədir.

fg.jpg (205 KB)

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər