67 yaşında özünə toy edən general tanınmış nəslin nümayəndəsi imiş – FOTO
Bu günlərdə özünə toy edən 67 yaşlı, ehtiyatda olan general Nazim Əliyev maraqlı məlumat üzə çıxıb.
Milli.az xəbər verir ki, bu barədə jurnalist Elman Cəfərli qeyd edib.
O bildirib ki, general əslən Ağdamın Quzanlı kəndindəndir və hörmətli nəslin nümayəndəsidir:
“67 yaşlı istefada olan general-mayor Nazim Əliyev əslən Ağdamın Quzanlı kəndindəndir. Atası Tələt Əliyev kəndin hörmətli nəslinin nümayəndəsidir. Ağdam şəhərində ən böyük apteklərdən birinin müdiri idi. Tələt Əliyevin atası Süleyman kişi isə Qarabağın məşhur ziyalısı Mirzə Saleh Axundovun qardaşıdır” .
E.Cəfərli Mirzə Saleh Axundovun (general Nazim Əliyevin babasının qardaşı) Quzanlı qəbiristanlığında olan məzarının şəklini paylaşaraq isyan edib:
“Quzanlı qəbristanlığında olan bu məzar isə böyük ziyalı, təbib, tərcüməçi, şair Mirzə Salehindir. Göründüyü kimi məzar baxımsız qalıb, sinə daşı yoxdur. Bərpa edilməsinə ehtiyac yaranıb.
Nazim müəllim özünə toy edib, gənc xanımla ailə qurub, xoşbəxt olsunlar. Dinimiz də buyurub ki, subay adam evlənməlidir. Amma yaxşı olar ki, Nazim müəllim daha bir savab iş görərək bu məzarı təmir etdirsin. İstefada olan generalın, sabiq rektorun yəqin o məzarı bərpa etdirməyə maddi imkanı çatar” .
Qeyd edək ki, Tehranda təhsil almış məşhur təbib Mirzə Saleh 1918-1920-ci illərdə Qarabağda və Zəngəzurda erməni hərbi birləşmələrinə qarşı döyüşlərdə də iştirak etmişdir. Eyni zamanda milli ordunun əsgərlərinə tibbi yardım göstərib. Türk, fars, ərəb, fransız və rus dillərini sərbəst bilən böyük ədib ədəbi yaradıcılıqla da məşğul olub. 6 cildlik “Azərtürkcə yeni dolu sözlüy”ün müəlifidir.
Yazdığı “Divan”da şairin qəzəlləri və rübailəri, həmçinin Məhəmməd Füzulinin fars dilində yazılmış şeirlərinin tərcümələri toplanıb.
O, N.Əliyevə babasının qardaşının məzarını bərpa etməsi üçün çağırış edib.

.jpg)
.jpg)

