İranda ölənlərin sayı ilə bağlı YENİ RƏQƏM
İranda məktəbə endirilən zərbə nəticəsində həlak olanların sayı 148 nəfərə yüksəlib.
Musavat.com xəbər verir ki, bu barədə “Mizan” agentliyi ölkə hakimiyyətinə istinadən məlumat yayıb.
Məlumata görə, “Şacərə Taybe” məktəbinin 95 şagirdi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların bir qisminin vəziyyətinin ağır olduğu bildirilir.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai məktəbə zərbə nəticəsində ölənlərin sayının 160-a çata biləcəyini istisna etməmişdi.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisində, o cümlədən Tehranda bir sıra obyektlərə zərbələr endirməyə başlayıb. Hücumlar nəticəsində dağıntılar və mülki şəxslər arasında itkilər barədə məlumatlar yayılıb.
Sonradan İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin və bir neçə yüksək rütbəli hərbçinin həlak olduğu barədə xəbərlər də ictimaiyyətə açıqlanıb.
Rəsmi Tehran isə cavab olaraq İsrail ərazisinə, eləcə də Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə raket zərbələri endirib.

