Cəmiyyət 

“Bunu anama hədiyyə verəcəm…” – Alyona Əliyeva

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva “Woman Bazaar 5” festivalında iştirak edib.

Publika.az xəbər verir ki, o, festivalda qadınların əl işləri ilə tanış olub.

O, sərgi iştirakçısı olan xanımlardan birinin əl işini anasına hədiyyə etmək üçün almaq istədiyini bildirib və festival iştirakçıları ilə Azərbaycan dilində danışmasıyla diqqət çəkib.

Qeyd edək ki, Prezidentin qızları Leyla və Arzu Əliyeva bacıları da festivalda iştirak ediblər.

 

Daha çox xəbərlər