İranın İxrac Qərarı: Regionda Ərzaq Qiymətləri Artacaq? – İQTİSADÇIDAN AÇIQLAMA
İranın qida məhsullarının ixracına qadağa qoyması regionda ərzaq bazarı ilə bağlı yeni suallar yaradıb. Xüsusilə qonşu ölkələr üçün İran bir sıra kənd təsərrüfatı və gündəlik tələbat mallarının əsas mənbələrindən biridir. Bu qərarın hansı səbəbdən verilməsi ilə yanaşı, onun mümkün iqtisadi təsirləri də müzakirə olunur. Son aylarda regionda baş verən siyasi gərginliklər, nəqliyyat marşrutlarında yaranan çətinliklər və ticarət əlaqələrindəki dəyişikliklər onsuz da bazarda müəyyən həssaslıq formalaşdırmışdı.
Belə bir vaxtda ixracın məhdudlaşdırılması təklifin azalmasına, bu isə öz növbəsində qiymətlərin artmasına gətirib çıxara bilər. Azərbaycanda da müəyyən ərzaq məhsullarının idxalında İranın payı nəzərə alınsa, qərarın daxili bazara necə təsir edəcəyi aktuallaşır. Görəsən, bu addım qida məhsullarının bahalaşmasına səbəb olacaqmı, yoxsa bazar alternativ mənbələr hesabına tarazlığı qoruya biləcək? Mövzu hazırda həm istehlakçıların, həm də sahibkarların diqqət mərkəzindədir.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, İrandan Azərbaycana ixrac ötən il cəmi 500-550 milyon dollar civarında olub və bu məbləğin hamısı ərzaq məhsulları deyil. Yəni bu məbıəğin içərisində məişət kimyası, tikinti materialları və digər məhsullarda daxildir. Ona görədə kənd təsərüffatı bu ixracat məbləğinin hardasa yarıya qədərini təşkil edirdi. Onun sözlərinə görə, təbiiki ixracat olmayacaqsa, İran daxili bazarı qorumaq üçün bu addımı atıb: “İrandan gələn məhsulların azalması və yaxudda tamamilə yoxa çıxması qiymətlərə təbiiki təsir edəcək. Amma bu elə məhsullardır ki, onu tez bir zamanda başqa ölkələrin məhsulları ilə əvəz etmək olur.
Sadəcə Türkiyənin, Çinin və digər istehsalçı ölkələrin anoloji məhsulları İran məhsulları ilə müqayisədə daha baha başa gəlir. Ona görədə çox gümanki bu qadağa əgər uzun müddətli olacaqsa, Azərbaycanda bəzi ərzaq məhsullarının qiymətində azda olsa artım müşahidə oluna bilər”.
Müəllif: İlkin Məmmədkərimov

