Cəmiyyət 

Şəbnəm Tovuzlunun qızı bu görüntülərə görə cəzalandırıldı – Video

Şəbnəm Tovuzlunun qızının yol hərəkəti qaydalarını pozması ilə bağlı videosundan sonra xanım müğənni yayılan xəbər və videoların silinməsini təlbə edib.

OLAY yazır ki, daha sonra Şəbnəm Tovuzlu sosial şəbəkə hesabından Avtosfer.az-ın səhifələrini bağlatdırmaqla bağlı təhdid edən mesajlar və səs yazısı göndərib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü Günel Hüseynova polis əməkdaşları tərəfindən müəyyən olunaraq onunla profilaktik söhbət aparılıb, mövcud qanunvericiliyin tələbləri izah edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.4 (Hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə görə) və 329.1 (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) maddələri əsasında protokol tərtib olunub.

Daha çox xəbərlər