Naxçıvan aeroportunun fəaliyyəti bərpa edildi – FOTOLAR
Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib.
Musavat.com APA-ya istinadla xəbər verir ki, bu gündən etibarən uçuşlar planlaşdırılmış cədvəl üzrə həyata keçiriləcək.
Hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.
Qeyd edək ki, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumları səbəbilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv olunmuşdu.


