TƏCİLİ! Türkiyə ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
ABŞ Türkiyənin cənub-şərq bölgəsində təhlükəsizlik risklərinin artması səbəbindən Adanadakı diplomatik nümayəndəliyində çalışan bəzi əməkdaşların geri çağırılmasına hazırlaşır.
Məlumata görə, təhlükəsizlik vəziyyəti ilə bağlı əlavə tədbirlər görülür və diplomatik missiyanın fəaliyyəti qismən məhdudlaşdırıla bilər.
Musavat.com xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. Bildirilir ki, ABŞ Dövlət Departamenti kritik funksiyaları yerinə yetirməyən əməkdaşlara və onların ailə üzvlərinə Adana şəhərində yerləşən ABŞ Baş Konsulluğunu tərk etmək barədə göstəriş verib.
Eyni zamanda, ABŞ-ın Ankaradakı səfirliyi regionda yaşayan Amerika vətəndaşlarına xəbərdarlıq edərək Türkiyənin cənub-şərq bölgəsini mümkün qədər tez tərk etməyi tövsiyə edib. Açıqlamada təhlükəsizlik vəziyyəti ilə bağlı risklərin davam etdiyi və vətəndaşların ehtiyatlı davranmasının vacibliyi vurğulanıb.

