Dünya 

Son dəqiqə: Türkiyədən Ermənistana uçuşlar başladı – foto

Türk Hava Yolları İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlara başlayıb. Musavat.com-un məlumatına görə, bu marşrut üzrə ilk reys İrəvanın Zvartnots hava limanına çatıb.

Qarşılanma mərasimində Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Mihran Xaçatryan, Ermənistan beynəlxalq hava limanlarının (Zvartnots hava limanını idarə edən) rəhbərliyi, Türk Hava Yollarının rəhbərliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar gündəlik həyata keçiriləcək və mayın 14-dən etibarən tezlik həftədə 10 reysə, iyunun 15-dən isə həftədə 14 reysə yüksələcək.

Erməni mediası yazıb ki, bir müddət əvvəl Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bu uçuşların başlandığını elan edərək, onları “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində daha bir addım” adlandırmışdı.

Ermənistanla Türkiyə arasında quru sərhədinin 1993-cü ildən bağlanmasına baxmayaraq, iki ölkə arasında hava əlaqəsi heç vaxt tam dayandırılmayıb. Müxtəlif aviaşirkətlər İrəvan və İstanbul arasında gündəlik olmasa da, müxtəlif vaxtlarda müntəzəm uçuşlar həyata keçirib.

Daha çox xəbərlər