İki nazirlik birgə müraciət yaydı – Əhaliyə XƏBƏRDARLIQVİDEO
Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair birgə müraciət edib.
Musavat.com xəbər verir ki, müraciətdə deyilir:
“Novruz bayramı ərəfəsində, xüsusən çərşənbə axşamlarında tonqalların qalanması əsrlərdir xalqımızın tarixi köklərə əsaslanan adət-ənənələrindəndir. Amma bu bayram ritualını yerinə yetirən zaman yanğınların başvermə riskinin olduğunu da unutmamalıyıq. Xüsusilə binaların həyətlərində, avtomobillərin yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə tonqalların qalanması ciddi təhlükə yarada bilər.
Tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər. Vətəndaşların diqqətinə çatdırırıq ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı 50 metr kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

