Dünya 

İrandan SƏRT BƏYANAT: “Trampla raketlərimiz danışıq aparacaq”

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezai ABŞ prezidenti Donald Tramp ilə mümkün dialoq məsələsinə kəskin münasibət bildirib.

Musavat.com xəbər verir ki, iranlı rəsmi Vaşinqtonla hər hansı danışıqların aparılmasını strateji səhv adlandırıb.

İbrahim Rezai “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək, ABŞ ilə danışıqları diplomatların deyil, hərbçilərin aparmalı olduğunu vurğulayıb.

“Şeytanla istənilən danışıqlar strateji bir səhvdir. Qoy Donald Tramp ilə danışıqları raketlərimiz və Silahlı Qüvvələrimiz aparsın”, – o, paylaşımında deyib.

Qeyd edək ki, İran tərəfi rəsmi səviyyədə Tramp administrasiyası ilə birbaşa təmasların qurulmasına qarşı çıxmaqda davam edir.

Daha çox xəbərlər