Siyasət 

Hikmət Hacıyev “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşdən paylaşım etdiFOTOVİDEO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə baş tutan ikitərəfli görüşlə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün Qəbələdə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Ermənistandan olan vətəndaş cəmiyyəti nümayəndələri ilə açıq dialoq keçirdik. Müzakirələrimiz iki saatdan çox davam etdi. Bir daha vurğuladım ki, Azərbaycanın mövqeyi yalnız sülhə yönəlib”, – deyə prezidentin köməkçisi bildirib.

 

Daha çox xəbərlər