Dünya 

TƏCİLİ: Türkiyədə lisey qarşısında ATIŞMA: Yaralılar var

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda lisey binasının qarşısında atəş səsləri eşidilib.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, məktəbə silahla daxil olan bir şəxsin ətrafa atəş açması nəticəsində 7 nəfər yaralanıb.

Məlumata görə, hadisə Hasan Çelebi məhəlləsində yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verib.

İlkin iddialara görə, silahlı hücumu şagirdlərdən biri həyata keçirib. Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub. Məktəbin içərisində olan silahlının bəzi şagirdləri girov götürdüyü bildirilir.

Təhlükəsizlik qüvvələri tərəfindən məktəbdəki şagirdlərin böyük bir hissəsi təxliyə edilib. Hazırda silahlının zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat davam etdirilir.

Daha çox xəbərlər