Bakıdan Kürdəmirə ilk qatar yola düşdüFOTO
“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola salınıb.
Musavat.com bildirir ki, aprelin 18-dən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
Yeni marşrut üzrə qatar Bakıdan Kürdəmirə 2 saat 11 dəqiqəyə çatacaq ki, bu da bölgə ilə paytaxt arasında nəqliyyat əlaqələrinin daha da sürətlənməsi deməkdir.
Məlumata görə, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı istiqamətləri üzrə hərəkət edən qatarlar, eləcə də həftəsonları və bayram günlərində təyin olunan Bakı–Ağstafa–Bakı reysləri bundan sonra Kürdəmir stansiyasında dayanacaq.
Bilet satışına isə aprelin 17-dən start verilib.
Şahanə Rəhimli
Musavat.com








