Cəmiyyət 

XƏBƏRDARLIQ! İnstensiv yağış yağacaq, dolu düşəcək – BU TARİXDƏ

Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə BiG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Daha çox xəbərlər