Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq.
“İki sahil” xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək.
Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı tədarük edilib.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

