Milli Məclisdə vacib müzakirələr gözlənilir
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlayıb.
Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda 8 məsələ müzakirə olunacaq.
Parlament sədri giriş nitqində Türkiyəyə səfəri, iştirak etdiyi beynəlxalq tədbir, keçirdiyi mühüm görüşlərlə bağlı məlumat verib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak edir.

