Hava 

Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı, aylıq yağıntının miqdarının da iqlim normasına yaxın, bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal olunur.

Hazırda Azərbaycanda yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Musavat.com-a açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağışlı hava şəraiti günün ikinci yarısına kimi davam edəcək.

Onun sözlərinə görə, yağıntı axşam saatlarına doğru tədricən kəsiləcək:

“Bölgələrdə də yağıntılı hava şəraiti gün ərzində davam edəcək və axşama doğru kəsiləcək. Aprelin 22 və 23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə hava şəraitinin sabitləşəcəyi, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 15-20 dərəcə, bölgələrdə 17-22 dərəcə, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq”.

Daha çox xəbərlər