Siyasət 

Prezident İlham Əliyev: Vaşinqtondakı bu cür zorakılıq hərəkətləri qəbuledilməzdir və qəti şəkildə pislənməlidir

Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı.

Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib.

“Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, – deyə dövlət başçısı vurğulayıb.

Daha çox xəbərlər