Gündəm 

İdmançılarımızda qələbə əzmi güclüdür

İdman sahəsi üzrə əldə edilən uğurlar hər zaman yüksək dəsyərləndirilir. Müstəqilliyimizin ilk illərində idmanın inkişafı prioritet kimi qarşıya qoyulanda bu günkü uğurlar qaçılmaz idi və bu gün sözün əsl mənasında Azərbacyan dünyada idman ölkəsi kimi tanınır.  İdmanın inkişafı üçün hökumət bütün lazimi addımları atıb və bu addımlar bu gün də davam edir.

Bakı ilə yanaşı regionlarda müasir idman komplekslərinin tikilib istifadəyə verilməsi idman siyasətinin geniş vüsət almasına gətirib çıxarıb. Əsas məqsəd idmanın müxtəlif sahələrinin inkişafı gənclərin pis vərdişlərdən uzaq olması, asudə vaxtlarının səmərəli keçirməsidir.

Aprelin 30-da Prezident İlham Əliyevin Avropa çempionatında yüksək nəticəyə imza atan güləşçilərimizlə keçirdiyi görüş də onu deməyə əsas verir ki, Azərbaycan idmanı öz parlaq dövrünü yaşayır və idman artıq milli nüfuzun formalaşmasında mühüm rol oynayan vasitələrdən birinə çevrilib: “Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur”.

Dövlət başçısı onu da bildirib ki, idmançılarımızda qələbə əzmi güclüdür: “Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.

Sonda onu qeyd edək ki, əldə olunan bu tarixi uğur respublikamızda güləşin ənənəvi idman növü kimi uğurla inkişafda olduğunu nümayiş etdirir.

Mətanət Səfərli,

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Daha çox xəbərlər