Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Peyvənd, genetik faktorlar, yoxsa yanlış təsəvvürlər? – autizm haqqında şok həqiqətlər

By Vüsal Rafiqoğlu
04.05.2026 4 Min Read

Bu günlərdə tanınmış aktyor Taleh Yüzbəyov iki övladının autizmli olduğunu açıqlayaraq, bu cür uşaqlarla valideyn kimi yaşadığı çətinlikləri və daxili dəyişimi açıq şəkildə dilə gətirib.

Musavat.com bildirir ki, aktyor hər bir valideyn kimi əvvəl bu vəziyyəti qəbul etməkdə çətinlik çəkdiyini deyib:

“Bir valideyn kimi əvvəl bunu qəbul etmək çətindir. İstəyirsən övladın hamı kimi olsun. Amma zamanla başa düşürsən ki, onlar biz qoyduğumuz qaydalara deyil, biz onların qoyduğu qaydalara tabe olmalıyıq. Onları da fərqli eləyən şey budur, onların dünyaya öz baxışları var”.

Taleh Yüzbəyov cəmiyyətə də müraciət edərək autizmli uşaqlara qarşı münasibətin dəyişməsinin vacibliyini xüsusi qeyd edib:

“İnsanların autizm spektoru olan uşaqlara və valideynlərinə çox vaxt yazığı gəlir. Bu çox insani hissdir. Bəzən insanlar autist uşaqların səsindən və hərəkətlərindən narahat olub, narazılıq da edirlər. Onları da başa düşmək olar. Elə bilirlər ki, uşaqlar sadəcə nadinclik edirlər. Bu istiqamətdə maariflənmə olsa əminəm onlar da anlayışla qarşılayarlar. Əsas da budur. Anlamaq və qəbul etmək. Valideynləri kimi cəmiyyət də o xüsusi uşaqları anlasa və qəbul etsə, ictimaiyyət həmin uşaqlar üçün daha təhlükəsiz və doğma yerə çevrilər. O uşaqların hamımız tərəfindən olduqları kimi qəbul olunmağa ehtiyacı var”.

Qeyd edək ki, son illər autizm mövzusu daha çox gündəmə gəlir. Bunun səbəblərindən biri də autizmli uşaqların sayının artması ilə bağlı müşahidələrdir. Bir vaxtlar nisbətən nadir hesab olunan autizm sindromu artıq bir çox ailənin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu artımın səbəbləri ilə bağlı müxtəlif elmi və ictimai müzakirələr aparılsa da, hələ də bu sualın dəqiq və yekdil cavabı yoxdur.

Mütəxəssislər bildirir ki, autizm uşaqların inkişafına fərqli istiqamətdə təsir edən nevroinkişaf xüsusiyyətidir. Bu uşaqlarda nitq inkişafında gecikmə, sosial münasibətlərdən uzaqlaşma, göz kontaktından yayınma, təkrarlanan hərəkətlər və davranışlar müşahidə oluna bilər. Bu xüsusiyyətlər valideynlərdə ilk mərhələdə ciddi narahatlıq yaradır. Çünki uşağın “gözlənilən inkişaf xətti”ndən kənara çıxması hər bir valideyn üçün çətin qəbul olunan reallıqdır. Lakin zaman keçdikcə aydın olur ki, bu uşaqların inkişafı sadəcə fərqli trayektoriya üzrə gedir.

Məhz buna görə də mütəxəssislər və valideynlər bir məqamda həmfikirdir: autizmli uşaqlara ən böyük dəstək onları dəyişdirməyə çalışmaq deyil, onları anlamaq və qəbul etməkdir. Cəmiyyət bu istiqamətdə maariflənərsə, həm valideynlərin yükü azalacaq, həm də bu uşaqlar özlərini daha təhlükəsiz və qəbul olunmuş hiss edəcəklər.

Azərbaycanda peyvənd məcburi olur?

Məsələ ilə bağlı tanınmış pediatr Aytən İsmayılzadə Musavat.com-a danışıb:

“Düşünürəm ki, zamanla daha çox araşdırmalar aparıldıqca bu mövzuya da daha aydın yanaşmaq mümkün olacaq. Qeyd edim ki, autizm dediyimiz hal əsasən hamiləlik dövrü və ya hamiləlikdən çox erkən mərhələlərlə əlaqəli inkişaf edən bir vəziyyətdir. Yəni bu, uşağın sonradan “qazanılmış” bir problemindən çox, daha əvvəldən, yəni,  dölün formalaşma mərhələsindən qaynaqlanan bir inkişaf xüsusiyyətidir. Hətta bəzi hallarda yumurta hüceyrə və spermatozoidin birləşməsi mərhələsində baş verən təsirlər və ya genetik faktorlar da bu prosesdə rol oynaya bilər. Amma bunu tam və dəqiq şəkildə izah etmək hələ mümkün deyil”.

Pediatr xüsusilə vurğulayıb ki, autizm peyvəndlərlə, sonradan verilən dərmanlarla və ya uşağın sonrakı həyatında baş verən hadisələrlə yaranan bir vəziyyət deyil:

“Bu barədə cəmiyyətdə yayılan yanlış fikirlər mövcuddur və çox vaxt valideynlər “uşaq əvvəllər belə deyildi, sonra dəyişdi” kimi yanaşırlar. Amma əslində, autizmli uşaqlarda fərqliliklər erkən dövrdən mövcud olur, sadəcə bu fərqliliklər daha çox sosiallaşma mərhələsində, yəni uşaq cəmiyyətə qarışdıqca daha açıq şəkildə görünməyə başlayır.

Təbii ki, biz hələ bu sahədə tam nəticəyə gəlməmişik. Əgər səbəbləri daha dəqiq bilsək, profilaktika və erkən müdaxilə imkanları da genişlənə bilər. Amma hazırda bu sahədə ümumi, tam aydınlaşdırılmış bir səbəb mexanizmi yoxdur. Ona görə də müxtəlif fikirlər səslənir, bəzən də yanlış nəticələr çıxarılır.

Mənim fikrimcə, hamiləlikdən əvvəl və hamiləlik dövründə qadının sağlam hazırlığı çox önəmlidir. Toksinlərdən uzaq durmaq, təmiz hava şəraitində olmaq, sağlam qidalanma və stressdən mümkün qədər uzaq qalmaq bu mərhələdə vacib faktorlardır. Çünki bu gün autizm təkcə Azərbaycanda deyil, bütün dünyada artan bir tendensiya göstərir. Sanki ümumi ekoloji və ya xarici təsirlər biz tam adlandıra bilməsək də bu prosesə təsir edir”.

Aytən İsmayılzadə həmçinin qeyd edib ki, autizmli uşaqların özünəməxsus bir dünyası var:

“Bəzən onların dünyasına daxil olmağa çətinlik çəkirik, çünki onların düşüncə və qavrama “ritmi” bizimkindən fərqlidir. Bu, nə bir xəstəlikdir ki, sadəcə dərmanla tam sağalsın, nə də sıradan bir davranış fərqidir. Bu, daha çox bir neyroinkişaf xüsusiyyətidir.

Əsas yanaşma ondan ibarətdir ki, sağlam uşaqlara necə diqqət yetiririksə, autizmli uşaqlara da eyni şəkildə, hətta daha səbirli və anlayışlı şəkildə yanaşmalıyıq. Qidalanma, təmiz hava, stressdən uzaq mühit, qıcıqlandırıcı amillərin azaldılması bu uşaqlar üçün də vacibdir. Amma burada əsas məsələ “nəsə etdik və uşaq autizm oldu” kimi yanlış düşüncədən uzaq durmaqdır. Bu, belə izah edilə biləcək bir proses deyil.

Peyvənd mövzusuna gəldikdə isə, bu barədə dəqiq elmi sübutlar göstərir ki, peyvəndlər autizm yaratmır. Hətta praktikada da görürük ki, eyni ailədə həm peyvənd olunmuş, həm də olunmamış uşaqlarda autizm halları ola bilir. Bu da göstərir ki, məsələ peyvəndlə bağlı deyil.

Eyni zamanda cəmiyyətdə yalnız autizm deyil, ümumilikdə neyroinkişaf pozuntularının da artdığı müşahidə olunur. Bəzi uşaqlarda nitq gecikməsi, sosial adaptasiya çətinliyi, ünsiyyət problemləri kimi hallar da olur. Bunlar hamısı fərqli formalardır və hər biri ayrıca yanaşma tələb edir.

Biz hələ bu mövzunu tam anlamış deyilik və bu, bir növ “qaranlıq zona” kimi qalır. Amma bir həqiqət var ki, bu uşaqları dəyişdirməkdən çox, onları anlamağa çalışmaq lazımdır. Bəzən onların dünyasına uyğunlaşmaq, onlarla eyni ritmi tapmaq daha doğru yanaşma ola bilər.

Eyni zamanda bəzi hallarda aqressiv davranışlar müşahidə olunursa, bu zaman tibbi və psixoloji dəstək ilə həmin davranışların idarə olunması mümkündür. Amma məqsəd onları “dəyişmək” yox, həyat keyfiyyətini yaxşılaşdırmaq olmalıdır.

Nəhayət, cəmiyyət olaraq ən vacib məsələ anlayışdır. Hər hansı bir uşaq fərqli davranırsa, dərhal mühakimə etmək əvəzinə “niyə belədir?” sualını vermək daha doğrudur. Çünki tolerantlıq və anlayış bu uşaqlar üçün ən böyük dəstək formasıdır”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Manatla bağlı MÜHÜM qərar – Qiymətlərə təsiri

Next

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv