Region Xəbərləri 

Tərtərdə Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi

May ayının 10-da respublikamızın hər yerində olduğu kimi xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Tərtər rayonunda da qeyd edildi. Minlərlə tərtərli Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha çox xəbərlər