Lökbatanda güclü yanğın – VİDEOYENİLƏNİB
Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən yanğında mayın 12-si saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.
Musavat.com xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
***
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən böyük anbarların birində güclü yanğın başlayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları, yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub.
Hazırda yanğının qarşısının alınması və alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.//Report

