Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

ÜST Azərbaycanda hantavirusa dair məlumat yaydı

By Vüsal Rafiqoğlu
12.05.2026 3 Min Read

Hazırda hantavirusun yayılma riski aşağıdır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb.

ÜST Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində bir neçə ölkə ilə birlikdə sürətli cavab tədbirləri üzərində çalışır. Əsas diqqət xəstələrin müalicəsinə, təhlükəsizliyə və virusun daha da yayılmasının qarşısını almağa yönəlib:

“İnsanlar adətən hantavirusa yoluxmuş gəmiricilərlə təmas nəticəsində, xüsusilə onların sidiyi, nəcisi və ya tüpürcəyi vasitəsilə yoluxurlar. Bəzən çirklənmiş tozun nəfəsə çəkilməsi də infeksiyaya səbəb ola bilər. Nadir hallarda gəmirici dişləmələri də virusu ötürə bilər. Qapalı və ya yaxşı havalandırılmayan yerlərin təmizlənməsi, əkinçilik, meşə təsərrüfatı işləri və ya gəmiricilərin olduğu yerlərdə qalmaq yoluxmaq üçün risk faktoru daşıyır”.

Virusun insandan insana yoluxma halı çox nadirdir və yalnız Amerikada rast gəlinən Andes virus ilə müşahidə olunub. Belə yoluxmalar baş verdikdə, adətən ailə üzvləri və ya partnyorlar arasında, xüsusilə xəstəliyin erkən mərhələsində uzunmüddətli və yaxın təmas zamanı olur.

ÜST gəmidə olan vətəndaşlara görə 12 ölkəni məlumatlandırıb. Bura Kanada, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Müqəddəs Kitts və Nevis, Sinqapur, İsveç, İsveçrə, Türkiyə, Böyük Britaniya və ABŞ daxildir.

Qurum Cənubi Afrika ilə əlaqəli bir təyyarə reysində olan şəxslərin izlənməsi üçün yardım göstərir: “Beynəlxalq təmas üzrə izlənmə davam edir. Sərnişinlər məlumatlandırılıb və onlarda hər hansı simptom yaranarsa, məlumat vermələri istənilib”.

ÜST şübhəli halların test, müalicə və lazım gələrsə, izolyasiya vasitəsilə tez müəyyənləşdirilməsi və idarə olunmasının vacibliyini vurğulayıb: “ÜST həmçinin, bu tip virusların idarə olunması sahəsində təcrübəsi olan Argentina ilə sıx əməkdaşlıq edir ki, vəziyyəti daha yaxşı başa düşsün və cavab tədbirlərini gücləndirsin”.

Bu virusun diaqnozu üçün Azərbaycanda laboratoriya imkanları varmı?

O da bildirilib ki, Azərbaycanda həm insan sağlamlığı, həm də heyvan sağlamlığı laboratoriyalarında hantavirusun PCR üsulu ilə yoxlanılması imkanı mövcuddur: “ÜST həmçinin, Andes virusu üçün etibarlı testlərin təmin edilməsi məqsədilə Avropa üzrə laboratoriyalarla əməkdaşlıq edir.

Lazım gəlsə, nümunələr təsdiqləmə üçün təhlükəsiz şəkildə ÜST-nin ixtisaslaşmış referans laboratoriyalarına göndərilə bilər. ÜST yaxın zamanda region üzrə test proseslərini dəstəkləmək üçün yenilənmiş laboratoriya təlimatlarını yayımlayacaq”.

ÜST ümumi qlobal riski aşağı hesab edir: “Gəmidə olan insanlar üçün isə risk orta səviyyədə qiymətləndirilir. Hantavirus asanlıqla yayılmır. Virus adətən gəmiricilərdən insanlara keçir və insandan insana yoluxma çox nadir hallarda baş verir. Dünya üzrə hər il minlərlə yoluxma halı qeydə alınır, lakin bu rəqəm dünya əhalisi ilə müqayisədə böyük sayılmır.

Gəmilərdəki vəziyyət riski azaltmaq məqsədilə diqqətlə idarə olunur”.

Hazırda hantavirus üçün nə vaksin, nə də xüsusi antiviral müalicə mövcuddur.

“Müalicə əsasən xəstələrin diqqətlə izlənməsinə və ağciyər, ürək və ya böyrəklərlə bağlı problemlərin müalicəsinə yönəlir. Erkən tibbi yardım almaq nəticələri yaxşılaşdıra bilər. İnsanlar təsdiqlənməmiş müalicə üsullarına güvənməməlidirlər, çünki bunlar düzgün tibbi yardımın gecikməsinə səbəb ola bilər. Əgər virusa məruz qaldığınızı düşünürsünüzsə, məsləhət almaq üçün yerli səhiyyə qurumuna müraciət edin”, – ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

İnsanlar hansı simptomlar üçün dərhal tibbi yardım almalıdırlar?

Simptomlar adətən virusa məruz qaldıqdan sonra bir ilə səkkiz həftə arasında başlayır. Yayğın simptomlara qızdırma, yorğunluq, nəfəs alma çətinliyi (tez bir zamanda ağırlaşa bilər) daxildir. Digər mümkün simptomlara isə baş ağrısı, əzələ ağrısı, qarın ağrısı, ürəkbulanma və ya qusma faktorları daxildir.

“İnsanlar gündəlik normal fəaliyyətinə davam etsinlər. İctimai səhiyyə qurumlarının tövsiyələrinə əməl etsinlər və məlumatı etibarlı mənbələrdən alınlar. Həmçinin şayiələr və ya təsdiqlənməmiş məlumatlar yaymasınlar”, – ÜST-nin Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb. Nazirlikdən qeyd edilib ki, hantavirus Azərbaycan üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir.

Qeyd edək ki, hantavirusa ilk yoluxma simptomları gəmi səyahətində olan Niderlanddan olan yaşlı bir cütlükdə qeydə alınıb və onlar indiyə kimi həyatını itirən üç nəfər arasındadır. Buna baxmayaraq, ilkin yoluxmanın harada baş verdiyi hələ də müəyyən edilməyib./yenisabah/

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident tapşırıq verdi – Dövlət qurumu hərəkətə keçdi

Next

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv