Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bazarlardakı bu əti almayın – XƏBƏRDARLIQ

By Vüsal Rafiqoğlu
14.05.2026 4 Min Read

Avropa İttifaqının Braziliyadan mal əti və ət məhsullarının idxalına məhdudiyyət tətbiq etməsi Azərbaycanda da ciddi müzakirələr yaradıb. Qərarın əsas səbəbi kimi məhsulların sanitariya standartlarına cavab verməməsi, xüsusilə heyvanların yetişdirilməsi zamanı antimikrob preparatlardan istifadənin normadan artıq olması göstərilir. Bu qərar təkcə ticarət məsələsi deyil, həm də qlobal ərzaq təhlükəsizliyi və insan sağlamlığı ilə bağlı ciddi siqnal hesab olunur.
Məsələni Azərbaycan üçün daha həssas edən əsas məqam isə ölkəmizin də Braziliyadan böyük həcmdə mal əti idxal etməsidir. Rəsmi məlumatlara görə, təkcə 2025-ci ildə Braziliyadan Azərbaycana təxminən 4 min tona yaxın mal əti gətirilib. Bu isə o deməkdir ki, Avropa bazarında təhlükəli hesab edilən məhsulların bir hissəsi Azərbaycan bazarında dövriyyədə ola bilər.
Ekspertlər bildirirlər ki, Avropa İttifaqının belə qərarlar qəbul etməsi adətən uzunmüddətli laborator analizlərə, monitorinqlərə və beynəlxalq baytarlıq hesabatlarına əsaslanır. Xüsusilə antimikrob maddələrin nəzarətsiz istifadəsi gələcəkdə insan orqanizmində antibiotiklərə davamlılıq yarada bilər ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının ən ciddi qlobal risklərdən biri kimi qiymətləndirdiyi problemlərdəndir.
Azərbaycanın qarşısında indi iki əsas seçim dayanır. Birinci yol Avropa İttifaqının qərarını nəzərə alaraq Braziliyadan idxal olunan məhsullara əlavə laborator nəzarəti tətbiq etməkdir. Bu halda ölkəyə daxil olan hər partiya üzrə baytarlıq və sanitariya yoxlamaları sərtləşdirilə bilər. İkinci variant isə müəyyən müddətlik məhdudiyyət və ya idxalın dayandırılması ilə bağlı preventiv qərarın verilməsidir.
2025-ci ili xarici ticarətdə mənfi saldo ilə başladıq... Ekspertlər necə  izah edir..? - Baki-Xeber.com

Digər tərəfdən, Braziliyadan idxal olunan ətin bazarda geniş yayılmasının əsas səbəbi qiymət faktorudur. Yerli istehsalla müqayisədə daha ucuz olan idxal məhsulları həm restoran sektoru, həm də iri market şəbəkələri üçün sərfəli sayılır. Bu isə risklərə baxmayaraq idxalın həcmini artıran əsas amillərdən biridir. Hazırda əsas sual budur: Avropa bazarı üçün riskli hesab edilən məhsullar Azərbaycan bazarında necə nəzarətdə saxlanılır?
İqtisadçı Xalid Kərimli Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycana gətirilən diri iri buynuzlu heyvanların 65 faizi Rusiyadan, 10 faizi Qazaxıstandan, 21 faizi isə Gürcüstandan idxal olunur. Diri xırdabuynuzlu heyvanların isə 88 faizi Gürcüstandan, 10 faizi Rusiyadan gətirilir. Yəni ölkəyə gətirilən diri qoyun-keçinin təxminən 98 faizi bu iki istiqamətin payına düşür.
Ekspert bildirir ki, burada əsas üstünlük logistika və qonşuluq faktorudur. Kəsilmiş və soyudulmuş iri buynuzlu heyvan ətinin idxalında isə əsas pay Belarusa məxsusdur. Belarus Azərbaycan bazarında təzə və soyudulmuş mal ətinin təxminən 97 faizini təmin edir. “Dondurulmuş mal ətinə gəldikdə isə, burada əsas pay Ukrayna və Braziliyanın üzərinə düşür. Ukraynanın payı 70 faiz, Braziliyanın payı isə 24 faizdir. Yəni ölkəyə gətirilən dondurulmuş mal ətinin 94 faizi məhz bu iki ölkədən idxal olunur.
Soyudulmuş qoyun ətinin idxalında isə Monqolustan lider mövqedədir. Azərbaycana gətirilən soyudulmuş qoyun və keçi ətinin təxminən 91 faizi Monqolustanın payına düşür”.
Xalid Kərimli qeyd edir ki, bu ölkələrin əsas üstünlüyü logistikanın əlverişli olması və həmin sahələr üzrə ixtisaslaşmalarıdır. Məsələn, Monqolustan adambaşına düşən qoyun sayına görə dünyada ilk yerlərdədir. Buna görə də qoyun ətinin oradan gətirilməsi daha sərfəli və ucuz başa gəlir. İqtisadçının sözlərinə görə, dondurulmuş və ya kəsilmiş halda gətirilən ətlərin yerli təzə ətlə müqayisədə daha ucuz olmasının əsas səbəblərindən biri istehlakçı davranışıdır: “Azərbaycanda insanlar yeni kəsilmiş yerli əti daha keyfiyyətli və “premium” məhsul hesab edir, buna görə də ona daha çox pul ödəməyə hazır olurlar. İdxalçılar da bunu nəzərə alaraq xaricdən gətirilən dondurulmuş və ya soyudulmuş ətləri bazarda daha ucuz qiymətə təklif etməyə çalışırlar. Çünki alıcı üçün belə məhsullar yalnız qiymət fərqi olduqda cəlbedici görünür”.
Azərbaycanda iylənmiş ət satılır

Ekspert qeyd edib ki, Braziliyadan gətirilən məhsulların hamısı bazarı əhatə etməsə də, bu ölkə Azərbaycanın əsas ət idxalı istiqamətlərindən biridir. Xüsusilə steyk üçün istifadə olunan bəzi bahalı ət növləri də həmin regiondan gətirilir.
“Avropa İttifaqının qərarından sonra Azərbaycanın hansı addımı atacağına ölkənin qida təhlükəsizliyi qurumları qərar verəcək. Aidiyyəti qurumlar məsələni araşdıracaq, risklərin olub-olmadığını qiymətləndirəcək və yalnız bundan sonra qərar qəbul olunacaq. Əgər hesab etsələr ki, təhlükə var, onlar da müəyyən məhdudiyyət qərarı verə bilərlər. Amma bunu əvvəlcədən proqnozlaşdırmaq çətindir. Çünki bu məsələ iqtisadi yox, daha çox qida təhlükəsizliyi və tibbi standartlarla bağlıdır”.
İqtisadçı vurğulayıb ki, Braziliyadan idxalın azalması və ya dayandırılması halında alternativ bazarlara yönəlmək mümkün olsa da, bu, qiymət artımına səbəb ola bilər. Onun sözlərinə görə, alternativ idxal marşrutları adətən daha baha başa gəlir:
“Braziliyadan idxalın əsas səbəbi münasib qiymətlərdir. Alternativ bazarlara keçid logistika xərclərini artıra bilər. Bu isə bazarda müəyyən qiymət dəyişikliklərinə səbəb ola bilər”.
Ekspert əlavə edib ki, qərar verilərkən qonşu ölkələrin mövqeyi, laborator analizlər və beynəlxalq standartlar da nəzərə alınacaq. Onun fikrincə, Avropa İttifaqı qida təhlükəsizliyi məsələlərində daha sərt və həssas yanaşma tətbiq edir: “Avropa standartları çox sərtdir. Əgər həmin standartlar tam tətbiq olunsa, bir çox məhsulların bazara girişinə icazə verilməz”.
Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentdən MÜHÜM FƏRMAN – Yeni agentlik yaradıldı

Next

SON DƏQİQƏ: Prezident Baxış Babayevi TƏLTİF ETDİ

Xəbər lenti

  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv