Azərbaycan vətəndaşları Türkiyədə 76 mənzil alıb – Rəsmi
Bu ilin aprel ayında Türkiyədə əcnəbi vətəndaşlara ümumilikdə 1 516 mənzil satılıb.
Musavat.com Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadla xəbər verir ki, ötən ay Azərbaycan vətəndaşları qonşu ölkədə 76 daşınmaz əmlak alıblar.
Hesabat ayında Türkiyədə xaricilərə mənzil satışları ötən ilin eyni ayı ilə müqayisədə 1,1% azalıb. Yanvar–aprel aylarında isə əcnəbilərə ümumi mənzil satışı illik müqayisədə 11,6% azalaraq 5 681 ədəd təşkil edib. pizza hut
Aprel ayında ən çox mənzil alan xarici vətəndaşlar Rusiya Federasiyası vətəndaşları olub. Həmin ay Rusiya vətəndaşları Türkiyədə 263 mənzil alıblar. İkinci yerdə Çin vətəndaşları – onlar Türkiyədən 110 ev alıb. İran vətəndaşları isə ötən ay 100 mənzil alaraq siyahının üçüncü yerində qərarlaşıblar.
Xatırladaq ki, 2025-ci ildə Türkiyədə Azərbaycan vətəndaşlarına ümumilikdə 983 mənzil satılıb.

