Cəmiyyət 

Azərbaycanda pensiya xərcləri 10 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pensiya ödənişlərinə ötən ilin eyni dövrünə nisbətən 10,5 % və yaxud 248 milyon manat çox – 2 milyard 608 milyon manat vəsait yönəldilib.

“İki sahil” bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, mayın 1-nə pensiyaların orta aylıq məbləği illik müqayisədə 10 % artımla 594 manat, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manat olub.

4 ayda 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 193 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Daha çox xəbərlər