Hadisə 

Sabirabadda ağır qəza: 7 nəfər öldüFOTO

Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com-un məlumatına görə, yük avtomobili idarəetmədən çıxaraq diametri 530 mm olan “Azadkənd–İmişli” magistral qaz kəmərinin 38-ci kilometr hissəsinin üzərinə aşıb. Hadisə nəticəsində 7 nəfər qəza yerində həyatını itirib.

Qaz kəməri deformasiyaya uğrasa da, ilkin ehtimala görə, qaz kəmərində sızma qeydə alınmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər