“Maşın” şou başlayır
Səs-küylü “Maşın” şou uzun fasilədən sonra yenidən efirə qayıdır.
Musavat.com xəbər verir ki, layihənin yaxın günlərdə yenidən başlayacağı barədə məlumatı “Xəzər TV”nin baş prodüseri Toğrul Məmmədov paylaşıb.
Şou Azərbaycanın ən çox reytinq toplayan əyləncə layihələrindən biri kimi tanınır və illər ərzində həm qalmaqallı anları, həm də səsvermə və yarış formatı ilə gündəmdə olub.
Proqramın əsas ideyası iştirakçıların bir avtomobil uğrunda müxtəlif tapşırıqlarda mübarizə aparması və tamaşaçı səsverməsi ilə mərhələlərlə yarışdan çıxarılması üzərində qurulub.
Layihənin rəhbəri və aparıcısı Xalq artisti Murad Dadaşovdur. O, uzun illərdir verilişin həm format müəllifi, həm də ekran üzü kimi çıxış edir.

