Əhaliyə ŞAD XƏBƏR: Bu ailələrə yardım edildi
2026-cı ilin yanvar-aprel aylarında 28 830 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət ödənilib.
Bu barədə Musavat.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, müavinətlər proaktiv qaydada təyin olunaraq vətəndaşların hesablarına köçürülüb.
Məlumata görə, ödənişlər 13 372 qız və 15 830 oğlan uşağına görə həyata keçirilib.

