Zaxarovadan İrəvana sərt cavab: “Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür”
Rusiya və Ermənistan arasında diplomatik münasibətlərdə növbəti böyük gərginlik dalğası baş qaldırıb. Rəsmi Moskva İrəvandan gələn son ittihamlara qarşı ən sərt ritorikasından istifadə edərək qarşı tərəfi birbaşa hədəf alıb.
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Ermənistanın baş naziri Nikol Paşinyana qarşı xüsusi kampaniya apardığı barədə iddiaları cinizm adlandırıb. Rusiya XİN rəsmisi İrəvanın öz daxili uğursuzluqlarında Moskvanı günahlandırmaq cəhdlərinə kəskin etirazını bildirib.
Mariya Zaxarova mövzu ilə bağlı mətbuata verdiyi sensasion açıqlamasında Ermənistan rəhbərliyinin siyasi gedişlərini ifşa edərək deyib: “Bu vəziyyəti Rusiyanın boynuna yıxmağa çalışırlar, amma cinizmin də bir həddi var. Bunun Rusiyaya nə dəxli var? Xeyr, bu biz deyilik, bu, elə Paşinyanın özüdür”.
Zaxarovanın bu kəskin bəyanatı Ermənistandakı mövcud siyasi və hərbi böhranın yeganə baiskarının Nikol Paşinyanın özünün yürütdüyü uğursuz siyasət olduğunu nümayiş etdirir.

