İdman 

“Qarabağ” “Sabah”ın futbolçusu ilə maraqlanır

“Qarabağ” səs-küylü gedişlərindən birini etməyə hazırlaşır.

Çempionluq yarışında uğursuzluqla üzləşən Ağdam təmsilçisi növbəti mövsüm üçün heyəti gücləndirməklə yanaşı, birbaşa rəqiblərini zəiflətmək də istəyir.

Onlar “Sabah”ın aparıcı ulduzlarından olan Coy-Lens Mikelsi hədəfə alıb. Ağdam klubu təcrübəli hücumçuya illik 550 min manat maaş təklif edib.

Hazırda tərəflər arasında danışıqların aktiv mərhələdə olduğu bildirilir.

Masazır təmsilçisi isə əsas silahını asanlıqla buraxmaq niyyətində deyil və futbolçunu komandada saxlamaq üçün yeni müqavilə şərtləri üzərində işləyir.  (pressing.az)

Daha çox xəbərlər