“Paşinyan Rusiya ilə ipləri qoparmaq yolunu seçdi” – Medvedevdən sərt ittiham
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri tamamilə kəsmək xəttini götürüb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyanat yayıb.
Rusiya rəsmisi Ermənistan rəhbərliyinin xarici siyasətini kəskin tənqid edərək real mənzərəni etiraf etməyin vaxtı çatdığını bildirib.
Medvedev qeyd edib ki, Nikol Paşinyan müxtəlif siyasi cərəyanların arasında manevr etməklə Rusiya ilə mövcud əlaqələri riskə atır.
Onun sözlərinə görə, Ermənistanın baş naziri bu addımlarla Qərbdə özünə saxta və şişirdilmiş nüfuz qazanmağa çalışır.

