Cəmiyyət 

SON DƏQİQƏ: Vəfat edən şəxsin pensiyası onlara verilə bilər

Azərbaycanda minlərlə vətəndaş illərlə işləyərək pensiya kapitalı toplayır. Lakin şəxs dünyasını dəyişdikdən sonra onun hesablanan, amma alınmayan pensiya vəsaitinin taleyi çoxlarını düşündürür. Mövcud qanunvericilikdə bu məbləğin vərəsələrə ödənilməsi ilə bağlı məhdudiyyətlərin olması isə narazılıq yaradır.

Bəs vəfat edən şəxsin topladığı pensiya kapitalı ailə üzvlərinə verilə bilərmi?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, pensiya kapitalı ilə bağlı qanunvericilikdə ciddi boşluqlar mövcuddur:

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

“Pensiya kapitalı ilə vəziyyət elədir ki, qanunvericilikdə bununla bağlı ciddi boşluqlar var. Yeganə əlçatan məsələ ondan ibarətdir ki, ailə başçısını itirən şəxsin öz təqaüdü aşağıdırsa və vəfat etmiş həyat yoldaşının təqaüdü daha yüksəkdirsə, həmin şəxs dünyasını dəyişən həyat yoldaşının pensiyasını ala bilər. Qanun buna imkan verir. Amma digər varislərin belə bir imkanı olmur”.

İqtisadçı hesab edir ki, bu yanaşma ədalətli deyil və qanunvericilikdə dəyişiklik edilməsinə ehtiyac var:

“Bu doğru deyil. Ona görə də qanunvericilikdə olan bu boşluq aradan qaldırılmalıdır. Vətəndaşın özünün topladığı vəsaitə sağlığında çıxış imkanları yaradılmalıdır”.

Ekspertin sözlərinə görə, pensiya kapitalının vətəndaşın şəxsi vəsaiti kimi qiymətləndirilməsi və onun vərəsələrə ötürülməsi mexanizminin yaradılması gələcəkdə sosial təminat sistemində daha şəffaf və ədalətli yanaşmanın formalaşmasına səbəb ola bilər./konkret.az/

Daha çox xəbərlər