Cəmiyyət 

Həftəsonu gecə səmasında nadir hadisə – “mavi mikroay” görünəcək

Bu həftəsonu gecə səması astronomiya həvəskarları üçün nadir bir mənzərəyə ev sahibliyi edəcək. Belə ki, həftəsonu səmada “Mavi mikroay” müşahidə ediləcək.

“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, bu hadisə həm “mavi ay”, həm də “mikroay”ın eyni vaxta təsadüf etməsi ilə xüsusi hesab olunur.

Astronomların izahına görə, Ayın fazaları təxminən 29,5 gün davam edən dövrlə dəyişir və bu səbəbdən dolunay adətən ayda bir dəfə müşahidə olunur. Lakin bəzi hallarda eyni ay ərzində iki dolunay baş verir. İkinci dolunay “mavi ay” adlanır.

Mütəxəssislər bildirir ki, mavi ayın daha nadir formalarından biri “mövsümi mavi ay”dır. Bu hal bir astronomik mövsüm ərzində dörd dolunayın müşahidə edilməsi zamanı üçüncü dolunaya verilən addır.

Bu hadisə ilə üst-üstə düşən “mikroay” isə Ayın Yerə daha uzaq olduğu orbit nöqtəsində baş verir. Nəticədə Ay normal dolunaya nisbətən daha kiçik görünür. Mütəxəssislərin hesablamalarına görə, mikroay super aydan təxminən 14%, adi dolunaydan isə 6% daha kiçik görünür.

Mavi ay ümumilikdə təxminən hər iki ildən bir, mikroay isə ildə iki və ya üç dəfə müşahidə olunur. Bu iki hadisənin üst-üstə düşməsi isə olduqca nadirdir və təxminən hər 20 ildən bir baş verir.

Daha çox xəbərlər