Ermənistan prezidenti səs verdi
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan parlament seçkilərində iştirak edib.
Musavat.com xəbər verir ki, o, 7/46 saylı seçki məntəqəsində səs verib.
Səsvermə prosesindən sonra Vaaqn Xaçaturyanın brifinqi təşkil olunub.
KİV nümayəndələrinə açıqlama verən prezident öz seçimi barədə danışıb:
“Mən dinc, inkişaf edən, güclü və sabit gələcəyi olan bir Ermənistan Respublikası naminə səs vermişəm”, – deyə o, bildirib.

