Təhsil 

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

10–11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Əsas məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Musavat.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd edilir.

Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin isə məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Yeni model üzrə qəbulda 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.

Yeni təmayül tədris modelinin əsas üstünlükləri aşağıdakılardır:

• Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti
• Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili
• Səriştəli müəllim kollektivi
• Aylıq sınaq imtahanlarının təşkili
• Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər

Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu davam edir.

Daha çox xəbərlər