Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur?

By Vüsal Rafiqoğlu
08.07.2026 5 Min Read

Bu ilin ilk 6 ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Uğur (849), Raul (601), Miran (523), Əli (521), Hüseyn (519), Yusif (434) Ömər (349), Murad (341), Tunar (321), Fateh (309), qız uşaqlarına isə Melisa (569), Aylin (547), Məryəm (538), İnci (514), Nilay (503), Alisa (494), Zəhra (493), Ayla (442), Zeynəb (429), Fatimə (367) adları qoyulub.

Bu barədə Ədliyyə Nazirliyindən verilən cavabda bildirilib. Qeyd edilib ki, cari ilin ilk 6 ayı ərzində 1213 nəfər ad, soyad və ya ata adını dəyişdirib. Onlardan 321-i kişi, 892-si isə qadın olub. “Ən çox seçilən və ən çox dəyişdirilən adların statistikası aparılmır”, – deyə rəsmi cavabda bildirilib.

Əlavə edilib ki, Balabəyim, Durna, Fəlakət, Xaccey, Xaxanım, Küsgün, Ləbxanə, Osandıq, Saatxanım, Samovar kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib.

Bəs valideynlərin övladlarına belə qəribə adlar qoymasının səbəbi nədir?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb: “Bu məsələ uzun illərdir cəmiyyətdə müzakirə olunur və aktuallığını itirmir. Təəssüf ki, Azərbaycanda adqoyma məsələsində müəyyən problemlər hələ də qalmaqdadır. Halbuki valideyn bilməlidir ki, övladına verdiyi ilk və ən dəyərli hədiyyələrdən biri məhz addır. Ad, sadəcə, insanı digərlərindən fərqləndirən söz deyil, onun şəxsiyyətinin, kimliyinin və özünüifadəsinin mühüm elementidir. İnsan ömür boyu həmin adı daşıyır, cəmiyyətə həmin adla təqdim olunur və bir çox hallarda özünü də həmin ad vasitəsilə tanıyır.

Adların psixoloji təsiri danılmazdır. Bəzən insan öz adına uyğunlaşmağa, həmin adı doğrultmağa çalışır. Uşaq böyüdükcə adını bir növ hədəf, ideal kimi qəbul edir və onun məzmununu öz həyatında reallaşdırmağa can atır. Buna görə də uşağa uyğun olmayan, mənfi assosiasiyalar yaradan və ya qeyri-adekvat ad qoyulduqda bunun müəyyən psixoloji nəticələri də ortaya çıxa bilər. Belə hallarda uşaq öz adına görə narahatlıq keçirə, özünəinam problemi yaşaya, hətta müəyyən mənada pessimist və ya qapalı xarakter formalaşdıra bilər. Şübhəsiz ki, bu amillər onun sosial münasibətlərinə, fəaliyyətinə və inkişafına təsirsiz ötüşmür. Məhz buna görə ad seçimi son dərəcə məsuliyyətli yanaşma tələb edir”.

Üzeyir Şəfiyev: Akademik Karyerası, Tədqiqat Mövzuları - 2026

Sosioloq qeyd edib ki, tarixən Azərbaycan cəmiyyətində adqoyma ənənələri müxtəlif dövrlərdə fərqli xüsusiyyətlər daşıyıb: “İslamaqədərki dövrdə dastanlara, eposlara və tarixi mənbələrə baxdıqda məlum olur ki, insan adını çox vaxt sonradan qazanırdı. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanında gördüyümüz kimi, gənc bir igid hünər göstərdikdən sonra el ağsaqqalı ona ad verirdi. Yəni ad insanın xarakteri, cəsarəti və göstərdiyi xidmətlərlə əlaqələndirilirdi.

İslamın yayılmasından sonra isə adqoyma ənənəsində ciddi dəyişikliklər baş verdi. Dini və ərəb mənşəli adlar geniş yayılmağa başladı. Bu gün də statistik göstəricilər göstərir ki, Azərbaycanda ən çox istifadə olunan adların əhəmiyyətli hissəsi dini və ya ərəb mənşəli adlardır. Bununla yanaşı, müxtəlif tarixi dövrlərdə adlar ideoloji təsirlərin də altında olub. Məsələn, ərəb hakimiyyəti dövründə ərəb adları, sovet dövründə isə ideoloji xarakterli adlar geniş yayılıb. Hətta həmin illərdə Traktor, Kombayn, İnqilab kimi adların qoyulduğu hallar olub. Bu isə əslində adqoyma prosesinə ideoloji müdaxilənin nümunəsidir və düzgün yanaşma hesab edilə bilməz”.

Üzeyir Şəfiyev vurğulayıb ki, valideyn uşağa elə ad seçməlidir ki, o, gələcəkdə həmin ada görə utanmasın, dostları və ya həmyaşıdları tərəfindən lağ obyektinə çevrilməsin, müxtəlif stiqmatik yanaşmalarla qarşılaşmasın: “Uşaq öz adı ilə fəxr etməli, onu qürurla daşımalıdır. Çünki ad insanın xarakterinin formalaşmasına, özünüdərk prosesinə və şəxsiyyət kimi inkişafına müəyyən təsir göstərən amillərdən biridir.

Təəssüf ki, bəzi valideynlər bu məsuliyyətin fərqinə varmır. Bəzən köhnə, arxaik, mürəkkəb və ya gündəlik istifadədən çıxmış adlar seçilir. Bəzən isə hansısa serialın, filmin və ya xarici mədəniyyət nümunəsinin təsiri altında yalnız səslənməsi xoş gəldiyi üçün bir ad seçilir. Həmin adın mənasına, tarixinə, fəlsəfi mahiyyətinə və gələcəkdə uşaq üçün yarada biləcəyi təsirlərə isə diqqət yetirilmir. Elə hallar da olur ki, valideynlər mənasını belə bilmədikləri əcnəbi adlara üstünlük verirlər. Bu isə gələcəkdə uşağın özü üçün müəyyən narahatlıqlar yarada bilir. Çünki insan bir gün özündən soruşur ki, mən kimin adını daşıyıram, bu adın mənası nədir və niyə məhz bu ad mənə verilib?

Bu baxımdan hesab edirəm ki, valideynlər ad seçərkən son dərəcə həssas və diqqətli olmalıdırlar. Daha çox milli kolorit daşıyan, lakonik, müsbət məna yükünə malik və uşağın xarakterinin formalaşmasına müsbət təsir göstərə biləcək adlara üstünlük verilməlidir. Sevindirici haldır ki, son illərdə Adlar Komissiyası da bu istiqamətdə müəyyən müsbət fəaliyyət göstərir və adqoyma məsələsinə daha diqqətli yanaşır. Bu, təqdirəlayiq haldır.

Bəzən isə elə adlar seçilir ki, insan sonradan, hətta orta yaş dövründə belə həmin adı dəyişmək məcburiyyətində qalır. Çünki həmin ad onun üçün narahatlıq mənbəyinə çevrilir. Təcrübədə elə hallar olub ki, bəzi valideynlər xoşladıqları əşyaların, meyvələrin, quşların və ya digər anlayışların adlarını uşaqlarına veriblər. Belə yanaşmalar gələcəkdə uşağın özünü narahat hiss etməsinə, hətta müəyyən hallarda həmin addan imtina etmək istəməsinə gətirə bilir”.

Sosioloq həmçinin qeyd edib ki, ad məsələsi ilə yanaşı, soyad məsələsi də diqqət tələb edən mövzulardandır: “Hesab edirəm ki, Azərbaycanda soyadlarla bağlı da daha vahid və sistemli yanaşmaya ehtiyac var. Bu gün ölkəmiz müstəqil dövlətdir və milli kimliyin mühüm elementlərindən biri də məhz soyad sistemidir. Uzun illərdir cəmiyyətdə ruslaşdırılmış soyad formalarının dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır. Əlbəttə, hazırda hər bir vətəndaşın öz soyadını dəyişmək hüququ var. Lakin bu proses fərdi qaydada həyata keçirildikdə müəyyən hüquqi və bürokratik problemlər yarana bilir. Mülkiyyət sənədləri, hüquqi sənədləşmə və digər məsələlərdə əlavə çətinliklər meydana çıxır. Buna görə də gələcəkdə bu məsələnin daha sistemli və vahid mexanizmlə tənzimlənməsi faydalı olar.

Milli soyadların geniş tətbiqi cəmiyyətin sosial-mədəni kimliyinin möhkəmlənməsinə də müsbət təsir göstərə bilər. Bu, uzun illərdir müzakirə olunan və ictimai maraq doğuran məsələlərdən biridir. Əgər gələcəkdə hüquqi mexanizmlər təkmilləşdirilərsə, bu istiqamətdə daha effektiv nəticələr əldə etmək mümkündür. Nəticə etibarilə, ad seçimi valideyn məsuliyyətidir və bu məsuliyyət son dərəcə ciddi qəbul edilməlidir. Valideyn anlamalıdır ki, övladına verdiyi ad onun bütün həyatı boyunca daşıyacağı kimliyin ayrılmaz hissəsi olacaq. Ad insanın həyat yoluna, sosial münasibətlərinə, özünəinamına və şəxsiyyət kimi formalaşmasına müəyyən təsir göstərən amillərdəndir. Buna görə də adlar xüsusi həssaslıqla seçilməli, uşağın gələcək maraqları nəzərə alınmalıdır.

Azərbaycanda kifayət qədər görkəmli elm adamları, mədəniyyət xadimləri, yazıçılar, şairlər, incəsənət nümayəndələri, idmançılar, şəhidlər və qazilər var. Onların adlarının yaşadılması həm milli yaddaşın qorunmasına, həm də yeni nəslin milli dəyərlərlə bağlılığının güclənməsinə xidmət edə bilər. Əlbəttə, burada da əsas şərt həmin adların milli ad ənənələrinə uyğun olmasıdır.

Eyni zamanda yazıçılar, şairlər və dil mütəxəssisləri də yeni milli adların formalaşdırılması və təbliği istiqamətində daha fəal rol oynaya bilərlər. Azərbaycan dilinin imkanları kifayət qədər genişdir və bu imkanlardan istifadə etməklə həm milli ruhu əks etdirən, həm də müasir dövrün tələblərinə cavab verən yeni adların yaranması mümkündür. Bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, ictimai müzakirələrin təşviq edilməsi və valideynlərin məlumatlandırılması gələcək nəsillərin daha düşünülmüş ad seçimi ilə böyüməsinə mühüm töhfə verə bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi

Next

Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

Xəbər lenti

  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026
  • SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 08.07.2026
  • Zakir Həsənov komandanları təltif etdi – FOTO 08.07.2026
  • Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi 08.07.2026
  • Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib 08.07.2026

Son Yazılar

  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026
  • SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 08.07.2026
  • Zakir Həsənov komandanları təltif etdi – FOTO 08.07.2026
  • Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi 08.07.2026
  • Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib 08.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv